Avstriya-Türkiyə oyununu o idarə edəcək

Avstriya-Türkiyə oyununu o idarə edəcək

AÇ-2024-ün 1/8 final mərhələsində keçiriləcək Avstriya-Türkiyə görüşünün baş hakimi açıqlanıb.

Bu barədə UEFA-nın saytı məlumat yayıb.

Oyunun referisi portuqaliyalı Artur Soares Diaş olacaq.

O, AÇ-2024-də Polşa-Niderland və Danimarka-İngiltərə oyunlarını idarə edib.

Qeyd edək ki, iyulun 2-də keçiriləcək Avstriya-Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: qafqazinfo.az