Montella Ardadan danışdı: Çox istedadlıdır, amma...

Montella Ardadan danışdı: Çox istedadlıdır, amma...

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa çempionatının 1/8 finalında qarşılaşacaqları Avstriya ilə oyun öncəsi futbolçusu Arda Gülər ​​haqda danışıb.

İtalyan mütəxəssis 19 yaşlı yarımmüdafiəçi barədə bu sözləri deyib:

“Əgər kifayət qədər yaxşısansa, kifayət qədər qocalmısan. Arda çox istedadlı oyunçudur. Onun təkmilləşdirməli olduğu sahələr var. Amma Ardanın oynamasına mane olmaq mümkün deyil. O, meydanda olanda fərqi hiss edirsən. Onun kimi futbolçu yoxdur. Arda gəncdir, bəzi məqamlarda təkmilləşməyə ehtiyacı var və bunu edəcək”.

Qeyd edək ki, Avstriya millisi ilə oyun bu gün saat 23:00-da baş tutacaq.

Heybət

Mənbə: publika.az