İspaniyanın “Betis” klubu tarixində ilk dəfə avrokubokların finalına yüksəlib.
“Qafqazinfo”nun məlumatına görə, klub buna UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyununda İtaliya “Fiorentina”sını məğlub edərək nail olub.
Belə ki, ilk qarşılaşmada rəqibini 2:1 üstələyən “Betis”, cavab qarşılaşmasının 2:2 (ümumi hesab 3:4) bitməsi ilə adını final yazdırıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində “Çelsi” və “Betis” arasında keçiriləcək.
Onu da əlavə edək ki, turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.
Mənbə: qafqazinfo.az