“Neftçi” “Turan Tovuz”la oyuna ciddi itkilərlə çıxacaq

“Neftçi” “Turan Tovuz”la oyuna ciddi itkilərlə çıxacaq

“Neftçi” klubu bu gün Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”la səfər oyununa ciddi itkilərlə çıxacaq.

Zədəli olan Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Höccət Haqverdi, Ramil Şeydayev və Yuri Matias meydana çıxa bilməyəcəklər.

Elvin Camalov isə cəzalı olduğu üçün oyunu buraxmalı olacaq.

Qeyd edək ki, “Turan Tovuz” - “Neftçi” oyunu bu gün saat 19-30-da start götürəcək.10:30

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media