Süni intellekt dubliyaj aktyorlarının işinə necə təsir edəcək? - Video

Süni intellekt dubliyaj aktyorlarının işinə necə təsir edəcək? - Video

“Süni intellekt dubliyaj sahəsində ciddi bir təhdid yaradacaq. Başqa sahələrdə daha çox imkan açır və sənət adamlarının, yaradıcı insanların yaradıcılığına rəng qatır”.

Bu sözləri mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində deyib.

“Dubliyaj sənətində bunu demək bir qədər çətindir. Çünki süni intellektin imkanları kifayət qədər böyüyüb və çox genişlənib. Buna görə də düşünürük ki, bu, dubliyaj aktyorları üçün dostdan daha çox onu düşmən kimi görməyə vadar edən bir alətə çevrilir. Amma bundan qorxmaq lazım deyil. Ona görə ki, dubliyaj aktyorlarının özlərinin də kifayət qədər yaradıcılığını ifadə etmək üçün imkanları var”, - deyə o əlavə edib.

Daha ətraflı videoda:

Mənbə: qafqazinfo.az