Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı - FOTO

Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı -

Fransada sahibkar Elon Musk və onun sahibi olduğu X barəsində cinayət araşdırması başlanılıb.

Bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Araşdırmaya səbəb İlon Maskın Paris prokurorluğunun 20 aprel tarixli dindirilmə çağırışına məhəl qoymaması olub.

Fransa hüquq-mühafizə orqanları artıq ötən ildən etibarən “X” platformasında mümkün qayda pozuntularını araşdırır. İddialar platformanın alqoritmlərinin işləməsi, istifadəçi məlumatlarının istifadəsi və süni intellekt əsaslı “Grok” çat-botunun yaratdığı məzmunla bağlıdır.


Məlumatda bildirilir ki, “Grok” tərəfindən antisemit məzmunlar, Holokostun inkarına dair yazılar və uşaq istismarı ilə bağlı qeyri-qanuni kontentlərin yaradıldığı iddia olunur.

Fransa prokuroru Lor Beko qeyd edib ki, Mask çağırışlara əməl etmədiyi halda onun barəsində beynəlxalq həbs orderinin verilməsi də istisna edilmir.



Mənbə: bizim.media