Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib -

Almaniyanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri doktor Karsten Vildbergerin rəsmi çıxışlarının hazırlanmasında süni intellekt (Sİ) texnologiyalarından aktiv şəkildə istifadə etdiyi məlum olub.

Jurnalistlərin apardığı araşdırma nazirin çıxışlarının təxminən üçdə birində Sİ-nin "barmaq izi" olduğunu ortaya çıxarıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, media nümayəndələri nazirin son dövrlərdə etdiyi 30 rəsmi çıxışın mətnini süni intellekt tərəfindən yazılan mətnləri müəyyən edən "Pangram" servisi vasitəsilə analiz ediblər.

Çıxışların analizi: Bundestaqdakı nitqlər də Sİ ilə yazılıb

Aparılan təhlillərin nəticələri belə olub:

22 çıxış tamamilə insanlar (nazirliyin mətbuat xidməti və ya spaytreyterləri) tərəfindən qələmə alınıb.

1 çıxış mətni bütövlüklə süni intellekt tərəfindən generasiya edilib.

7 çıxışda, o cümlədən nazirin Bundestaqdakı (Almaniya parlamenti) dörd mühüm bəyanatında ayrı-ayrı hissələrin və fraqmentlərin yazılmasında süni intellekt köməyindən istifadə olunub.

Araşdırmaçılar Sİ-nin tətbiq olunduğu mətnlərdə "bütöv bir nəql hissi" və axıcılıq yarandığını qeyd ediblər.

Nazirlik faktı təsdiqlədi: "Məsuliyyət yenə insandadır"

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf Nazirliyi rəsmi açıqlama yayaraq faktı təsdiqləyib. Qurumun mətbuat katibi bildirib:

"Federal nazir doktor Karsten Vildberger süni intellektdən gündəlik bir iş aləti kimi istifadə edir. Sözügedən mətnlər süni intellektin dəstəyi ilə hazırlanıb".

Bununla belə, nazirlik rəsmisi vurğulayıb ki, texnologiyanın köməyinə baxmayaraq, səsləndirilən fikirlərin məzmununa görə məsuliyyət tamamilə insanın üzərinə düşür: "Sonda kimsə mütləq o mətnləri yoxlamalı, dəyişdirməli və son qərarı verməlidir".


Bizim.Media

Mənbə: bizim.media