Almaniyanın avtomobil nəhəngi "Volkswagen"də vəziyyət gözləniləndən daha ciddi xarakter alıb.
Bu barədə Almaniyanın “Der Spiegel” nəşri şirkətin top-menecerləri arasında keçirilən anonim sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, idarə heyətinin doqquz üzvündən altısı konserndəki hazırkı vəziyyəti “şirkətin mövcudluğunu təhlükə altına alan” səviyyədə qiymətləndirib. Qalan üç rəhbər isə vəziyyətin “gərgin” olduğunu bildirib.
Maraqlıdır ki, iştirakçılardan heç biri vəziyyəti “qeyri-kritik” hesab etməyib.
Eyni zamanda, bütün respondentlər Çin və Şimali Amerika bazarlarında şirkətin strategiyasının köklü şəkildə dəyişdirilməsinin vacibliyi ilə bağlı ortaq mövqe nümayiş etdiriblər.
Müəllif: Adəm
Mənbə: publika.az