Gözlənilən qərar: Uşaqlara televizor, telefon, internet və sosial mediaya giriş qadağandır

Gözlənilən qərar: Uşaqlara televizor, telefon, internet və sosial mediaya giriş qadağandır

Fransız mütəxəssislər 3 yaşınadək uşaqlar üçün ekran vaxtını, yeniyetmələr üçün isə sosial medianı azaltmağı tövsiyə edib.

Publika.az xəbər verir ki, Fransadakı ekspertlər qrupunun fikrincə üç yaşından kiçik uşaqlar ekran qarşısında vaxt keçirməməlidirlər və altı yaşına qədər bu müddət ciddi şəkildə məhdudlaşdırılmalıdır.

Xəbərədarlıqda həmçinin 11 yaşından kiçik uşaqlara mobil telefon verilməməsi və 13 yaşından kiçik heç kəsin internetə çıxışı olan telefonu olmaması qeyd edilib.

Həmçinin bildirilib ki, 15 yaşından aşağı olanlar üçün sosial mediadan istifadə qadağan olunmalı, bu yaşdan yuxarı olanlar isə yalnız etik platformalara daxil olmalıdırlar.

Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, iki yaşa qədər ekranda vaxt keçirmək tövsiyə edilmir. İki və yuxarı yaşlar üçün bir saatdan çox olmamalıdır.

Mütəxəssislər sosial medianın depressiya və narahatlıq üçün "risk faktoru" ola biləcəyini və uşaqların "həyəcan verici" səviyyədə pornoqrafik və zorakı məzmuna məruz qaldığını aşkar etdiklərini qeyd ediblər.

Roza Şəfiyeva

Mənbə: publika.az