Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri artıb

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri artıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 658,835 milyon manat olub.

Bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,5 % çoxdur.

Həmin vaxt AMB-yə məxsus əmlakın dəyəri 538,037 milyon manat təşkil edib.

Mənbə: olke.az