Kartof kəskin UCUZLAŞDI – Yeni

Kartof kəskin UCUZLAŞDI – Yeni

Son günlər kartofun topdansatış qiyməti kəskin ucuzlaşıb. Belə ki, “Meyvəli” topdansatış bazasında kartof bir ay əvvəllə müqayisədə 40-45 faiz daha ucuz satılır.

Bəs səbəb nədir?

Mövzu ilə bağlı danışan “Meyvəli” topdansatış bazasında çalışan Elçin adlı iş adamı bildirib ki, ucuzlaşmaya səbəb Cəlilabad kartofunun bazara daxil olmasıdır:

“Bilirsiniz ki, hər ilin may ayında Cəlilabadda yetişdirilən faraş kartof bazara çıxır. Bu il hava şəraiti ilə bağlı proses bir qədər gecikib. Ötən həftədən başlayaraq Cəlilabad kartofu alıcılara təqdim edilir. Məhsulun maya dəyəri nisbətən ucuz başa gəldiyi üçün bu kartofun bir kiloqramının topdansatış qiyməti hazırda 35-40 qəpikdir. Pərakəndə satış məntəqələrində isə qiymətlər 50-60 qəpik arasında dəyişir.

Halbuki buna qədər əsasən İran, Pakistan və Türkiyədən gətirilən kartofları satırdıq. Həmin kartofların da bir kiloqramının topdansatış qiyməti 65-70 qəpikdən başlayırdı. Məhz Cəlilabad kartofunun bazara daxil olması ilə qiymətlər kəskin ucuzlaşıb. Bu ucuzlaşma hələ bir müddət davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media