Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb

Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb

2026-cı ildə “Brent” markalı neftin orta qiyməti 94 dollar/barel olacaq.

“Reuters” agentliyinə istinadən xəbər verilir ki, bu ilkin proqnoz Dünya Bankının (DB) analitikləri tərəfindən hazırlanıb.

Bu proqnozlaşdırılan qiymət 2025-ci ildəkindən 36 faiz yüksək olacaq. Bundan başqa, bank hesab edir ki, ən ciddi tədarük pozuntuları iyulun sonuna kimi səngiyəcək və qlobal inflyasiyanın 4 faiz olacağı proqnozlaşdırılır.

Mənbə: qafqazinfo.az