Bakıda fəaliyyət göstərən tanınmış taksi şirkətləri qiymətləri artırıb. İyunun əvvəlindən etibarən xidmət haqlarında 30-40% artım müşahidə edilir.
Taksi parklarının sahibləri isə qiymət artımını inkar edirlər.
Sahibkar Əli Vəliyev deyir ki, taksi xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənmir, bazar prinsipləri əsasında formalaşır. Vahid qiymət olmadığından qiyməti tətbiq müəyyən edir. Bunu da artım kimi qələmə vermək doğru deyil.
Sahibkar deyir ki, taksi biznesi əvvəlki kimi gəlirli sahə deyil. Artıq xərclər gəlirlərdən daha çoxdur.
Ekspertlər isə deyirlər ki, qiymət artımı ilə bağlı rəsmi açıqlama verilməlidir.
Məsələ ilə bağlı məlumat öyrənmək üçün ölkədə fəaliyyət göstərən taksi şirkətlərinə sorğu ünvanladıq, lakin cavab verilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Mənbə: bizim.media