Daşqınlara görə fəaliyyətini dayandıran “Emirates” uçuş cədvəlini bərpa edib

Daşqınlara görə fəaliyyətini dayandıran “Emirates” uçuş cədvəlini bərpa edib

“Emirates Hava Yolları” Dubay Beynəlxalq Hava Limanında leysan yağışları səbəbindən pozulduqdan dörd gün sonra normal uçuş cədvəlinə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Tim Klark açıqlama yayıb.

“Bu səhər, şənbə, aprelin 20-dən etibarən müntəzəm uçuş cədvəli bərpa edilib. Əvvəllər hava limanının tranzit zonasında qalmış sərnişinlər yenidən qeydiyyatdan keçib və təyinat yerlərinə göndərilir”, - Klark bildirib.

Xatırladaq ki, güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. Hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb.

Mənbə: qafqazinfo.az