Bunun üçün İrana təzyiqləri artıracağıq - ABŞ

Bunun üçün İrana təzyiqləri artıracağıq - ABŞ

ABŞ İran neftinin ixracının qarşısını almaq üçün Tehrana təzyiqləri artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Biz neft ixracını pozmaq üçün gündən-günə işləyirik. Əvvəldə qeyd etdim ki, 200-dən çox şirkət və fiziki şəxsə sanksiyalar tətbiq etmişik, 50-dən çox gəmini bloklamışdıq və digər tankerləri müəyyənləşdirməyə davam edirik", - o bildirib.

Blinken ABŞ-ın İran neftinin ixracı ilə məşğul olan tankerlərin qeydiyyatdan çıxarılması üçün tədbirlər görmək niyyətində olduğunu da vurğulayıb.

Mənbə: axar.az