Prezident göstəriş verdi: Analıq məzuniyyəti, uşaq bağçası dəstəyi, maaş...

Prezident göstəriş verdi: Analıq məzuniyyəti, uşaq bağçası dəstəyi, maaş...

Türkiyədə doğum nisbətləri azaldığı üçün hökümət bir sıra addımlar atmağa qərar verib.

Ölkədə analıq məzuniyyətinin bir ilə qədər artırılması, maaşların və kirayə haqlarının yaxşılaşdırılması, bağça dəstəyi kimi müraciətlər gündəmə gəlib. Eyni zamanda analar üçün dəstək paketinin təfərrüatları məlum olub. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, Türkiyədə 2001-ci ildə 2,38 olan doğum nisbəti, 2023-cü ildə 1,51-ə enib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin son 2 iclasında xüsusi olaraq bu mövzuya toxunub. O, bu vəziyyəti fəlakət kimi qiymətləndirib: “Doğum nisbətlərinin azalması bütün dünyada olduğu kimi ölkəmizdə də narahatlıq doğurur. Biz bununla bağlı yeni təcrübələr tətbiq edəcəyik".

Ədalət və İnkişaf Partiyasının Mərkəz Qərar və İdarə Heyətində (AK MKYK) analıq məzuniyyətinin dörd aydan bir ilə qədər artırılması təklif edilib. Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək də məsələyə müsbət baxıb.

“Yalnız analıq məzuniyyəti deyil, qadınlarımız uşaq sahibi olmaq istəyirlər. Uşaq bağçası dəstəyi, işçilərin dəstəyi, kirayə dəstəyi lazımdır. İşləyən qadınlar uşaq sahibi olmaq istəyir, amma baxıcıların xərci ən azı 30-40 min lirədir (təxminən 1500-2000 manat). İkinci, üçüncü uşaq dəstəklənməlidir. Ailə İşləri Nazirliyinin böyük büdcəsi var. Yalnız analıq məzuniyyətini uzatmaq deyil, 0-3 yaş dediyimiz inkişaf mərhələsi də vacibdir", - partiya rəsmiləri bildirib.

Roza Şəfiyeva

Mənbə: publika.az