Qazaxıstanda AES inşa olunur?

Qazaxıstanda AES inşa olunur?

Mangistau vilayətinin mərkəzi olan Aktau şəhərində kiçik Atom Elektrik Stansiyası (AES) inşa edilə bilər.

Bu barədə Qazaxıstan Nüvə Cəmiyyəti Assosiasiyasının sədri İrina Tacibayeva bildirib.

Tacibayeva yaxın illərdə gözlənilən enerji çatışmazlığını azaltmaq üçün böyük stansiyanın tikilməsinin vacib olduğunu vurğulayıb.

"Əgər biz öyrənmək istəyiriksə, kiçik stansiyalardan başlamaq olar. Məsələn, Qazaxıstanın qərbində kiçik stansiyalar işə sala bilərik", - o vurğulayıb.

Mənbə: axar.az