Bank kartlarından 20 min manat oğurlandı

Bank kartlarından 20 min manat oğurlandı

Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 4100, 2000, 1945, 1000, 320, 300, 250, 180, 70, 49 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”,- deyə məlumatda qeyd olunub.

Mənbə: axar.az