Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Ana bala” parkı 15 ilə yaxındır ki, baxımsız vəziyyətdə qalıb. Belə ki, 2011-ci ildə ərazidə yenidənqurma işlərinə başlanılsa da, sözügedən park hələ də qəsəbə sakinlərinin ixtiyarına verilməyib. Lakin artıq qəsəbə sakinlərinə şad xəbər vermək olar.
Layihəsi Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin nәzdindә olan "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutu tərəfindən hazırlanan1.8 hektar ərazini əhatə edəcək “Ana bala” heykəli parkının tikintisi 01.07.2026-cı il tarixdə başlayacaq və 1 il sonra yekunlaşacaq.
Qeyd edək ki, hazırda parkın ərazisindəki yarımçıq tikililərin söküntü işlərinə start verilib.
Beləliklə, parkda aparılan təmirə dair video və foto görüntüləri təqdim edirik:
Mənbə: publika.az