“Çox qəribə bir zəmanəyə gəlib çıxmışıq. Qulaq hər gün bir söz eşitməsə, kar olarmış. Çox qəribədir ki, mənə “qızım”, “bacım”, “dostum”, “ürəyim” deyən insanlar, üzümə gülüb “sən çox yaxşı qızsan” deyən insanlar arxamca nələr danışırlarmış. “Aysun paxıldı, Aysun qısqancdır, yaxın deyilik, nə bilim nə…” Qəribə oluram, insanın neçə üzü olarmış?!”
“Yeni Sabah”a istinadən xəbər verilir ki, bu sözləri Aysun İsmayılova deyib.
İfaçı saxta dostlarından gileylənib:
“Mən sadəcə o həyatsızlığı bacarıb, ağza-ağza verib dava-qırğına gedən insan deyiləm. Buradan deyirəm, yəqin ki, öz içinizdə bilirsiniz, hər şey kimlərlə bağlıdır.
Bax, bu şeylərə görə sizdən uzaqlaşmışam. Siz elə bilirsiniz ki, orda-burda danışırsınız, amma bu mənim qulağıma çatmır. Mənim şəxsi həyatımı ortaya qoyub danışırsınız, hansısa problemimi gündəmə gətirirsiniz. Halbuki bunu sizdən başqa heç kim bilmir. Xüsusilə buradan sənə deyirəm, özünü yaxşı bilirsən. Yerin də qulağı var, unutma.
Sən mənim ən yaxınıma oturub məni pisləyirsən. Mənim hər gün vaxt keçirdiyim insana deyirsən ki, “Aysun paxıldı, qısqancdır”. Belə danışmağı özünə necə sığışdırırsan?”
İfaçı sözügedən şəxsləri hədələməyi də unutmayıb:
“Bilin ki, hər biriniz haqqında hər şeyi bilirəm. Yeganə fərqimiz odur ki, mən hər şeyi ehtiyatla yaşayıram, Allahdan qorxaraq, karmadan qorxaraq yaşayıram. Amma siz heç nədən qorxmursunuz. Çünki qorxsaydınız, yediyiniz çörəyə tüpürməzdiniz. Bir söz var, deyirlər ki, insanın gərək hülqumu olsun. İnsan yanında baş kəsərlər. Belə bir misal var. Mənim də yanımda çox şey olub, mən də çox şey bilirəm. Amma bu günə qədər eşidə bilməzsiniz ki, kiminsə haqqında haradasa nəsə danışmışam. Mənim yanımda kimsə sizdən danışanda həmişə demişəm ki, mənim yanımda danışmayın, ola bilməz, elə şey etməz. Hətta sizi qorumağa çalışmışam.
Bildiyim şeylərə belə “aa, nə danışırsınız, ola bilməz, əsla o eləməz” deyən insanam.
Mənim şəxsi həyatımı danışmaq sənin işin deyil. Mən gəlib səndən dərdimi danışmışamsa, sən necə mənim haqqımda bildiyini gedib başqalarına danışa bilərsən?
Bu necə vicdandır, bu necə ürəkdir, bu necə insanlıqdır?
Kimə inanaq bu həyatda? Ona görə deyirəm ki, dost yoxdur. Dost sənin cibin, pulun, adın və hörmətindir. Nə dost?
Bunlar varsa, hamı sənə dostdur. Hamı səndən çəkinir, qorxur, itirməkdən qorxur. Bunlar yoxdursa, sən heç kimə lazım deyilsən. Bir gün gəlib səni arxadan vurarlar.
Hamıya dost demək doğru deyil”.
Mənbə: demokrat.az