“Kızılcık Şerbeti”nin Fatihi: “Atam azərbaycanlıdır” – VİDEO

“Kızılcık Şerbeti”nin Fatihi: “Atam azərbaycanlıdır” –

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında “Fatih” obrazı ilə daha da məşhurlaşan aktyor Doğukan Güngör qonaq olduğu “Ali ile aramızda” verilişində açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, aktyor bildirib ki, atası azərbaycanlıdır.

“Atam azərbaycanlıdır. Parlamentdə müşavir vəzifəsində çalışıb. Sonra Almaniyada yaşadı. 7 yaşım olanda valideynlərim ayrıldı.

Mən anamla İzmirə getdim. İlin 3-4 ayını Almaniyada atamla keçirirdim. Məktəb bitən kimi təyyarəyə minib yanına gedərdim. Babam intellektual adam idi. Biz iğdırlıyıq. Kənddə bir qırmızı traktor var idi, o da babamın idi. Həqiqətən, çox çətin şəraitdən keçiblər. Anamgil də həmçinin. Yaxşı ki, zamanında bir olublar. Anam Saloniki köçmənidir, Atatürkçüdürlər. Ata tərəfim isə daha mühafizəkardır”, - deyə D. Güngör vurğulayıb.

Mənbə: bizim.media