Efirdə Mətanət Əsədovanı parodiya etdilər, Sevda Kazımovanı aldadıb, ağlatdılar - VİDEO

Efirdə Mətanət Əsədovanı parodiya etdilər, Sevda Kazımovanı aldadıb, ağlatdılar -

Xəbər verdiyimiz kimi, “Elgizlə izlə” verilişində gərgin dolu anlar yaşanıb. Proqramın aparıcısı Elgiz Əkbər bildirib ki, müğənni Mətanət Əsədova həmkarı Sevda Kazımova ilə bir efirə çıxmasından imtina edib. Bunu eşidən Sevda Mətanətlə heç bir probleminin olmadığını bildirib.

M.Əsədova canlı efirə zəng edərək S.Kazımovanın iştirak etdiyi verilişlərin birində onun ucuz geyimlər geyindiyini və arxasınca xoşaqəlməz sözlər danışdığını söyləyib.

Qarşı tərəf isə bunların yalan olduğunu və heç zaman nəinki Mətanətin, heç bir sənət yoldaşının arxasınca danışmadığını bildirib və ona “Mətanət sənə ayıb olsun!” sözlərini dilə gətirib.

Proqramın gedişatında Elgiz telefonda M.Əsədovanın özünün yox onu parodiya edən aktyorun olduğunu vurğulayıb.

Bunu eşidən Sevda göz yaşlarını saxlaya bilməyib. E.Əkbər S.Kazımovanı ələ almağa çalışıb və bunun bir şou olduğunu söyləyib.

Elgiz həmçinin söyləyib ki, növbəti proqramlarda digər məşhurları da bu yolla sınağa çəkəcəklər.

Mənbə: bizim.media