Merilin Monronun evi mədəniyyət abidəsi elan olundu

Merilin Monronun evi mədəniyyət abidəsi elan olundu

Amerikalı aktrisa Merilin Monronun Los-Ancelesin Brentvudunda yerləşən evi mədəniyyət abidəsi elan olunub.

Bununla bağlı müvafiq qərar Los-Anceles Şəhər Şurası tərəfindən qəbul edilib.

Bununla da tikilinin sökülməsinin qarşısı alınıb.

Qeyd edək ki, evin hazırkı sahibləri evlə bağlı problemlər yaşadıqlarını bildirmişdiər. Çünki turistlər və aktrisanın pərəstişkarları foto çəkdirmək məqsədilə küçəyə toplaşırlar, buna görə də onlar evi sökmək istəyiblər. Lakin tarixçilər və Monro pərəstişkarları iqamətgahın Hollivud tarixinin bir hissəsi olduğunu iddia ediblər.

Amerikalı kino ulduzu İspan müstəmləkə üslubunda tikilmiş iqamətgahı ölümündən 6 ay əvvəl, 1962-ci ildə 75 min dollara alıb.

Mənbə: publika.az