Damlanın prodüseri İranda başlarına gələn hadisədən DANIŞDI - ÖZƏL

Damlanın prodüseri İranda başlarına gələn hadisədən DANIŞDI -

Xəbər verdiyimiz kimi, Damla İranda hicab qaydalarına riayət etmədiyinə görə, çıxış etdiyi məkan müvafiq orqanlar tərəfindən möhürlənib.

Məsələ ilə bağlı sənətçi ilə əlaqə saxlayıb.


Dəstəyi qaldıran Damlanın prodüseri Şamil hadisəni belə nəql edib:

“Biz Ərdəbil şəhərinə konsertə yox, toya gəlmişik. Məclis qapalı yox, açıq havada, həyətdə keçirildi. Bizim qaldığımız oteli və Damla xanımın bəzəndiyi gözəllik salonunu möhürləyiblər. Bizə heç bir təzyiq olmayıb. Biz artıq iki gündür ki, Bakıdayıq. Hər şey qaydasındadır".

Rəşad Əliyev

Mənbə: bizim.media