Vəfa Şərifova beh alıb məclisə getmədi - Səbəb bu imiş

Vəfa Şərifova beh alıb məclisə getmədi - Səbəb bu imiş

Müğənni Vəfa Şərifova beh aldığı məclisə getməyib.

Yenisabah.az xəbər verir ki, bu haqda sənətçi "Tarixin bir günü" verilişində deyib. O bildirib ki, məclis sahibləri onu aldadıb:

"3 gün əvvəl bir ad günü danışıb, beh almışdım. Bir bəyin ad günü idi. Soruşduq ki, xanımlar olacaq? Demişdilər ki, hə. Amma məclisə 2 saat qalmış bəlli oldu ki, ancaq kişilərdir, qadın yoxdur. Məclisə getmədim. Dedim, beh də məndə qalır, məclisə gəlmirəm. Siz məni aldatmısınız. Çünki mən ansambl da danışmışdım".

Mənbə: yenisabah.az