7 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO

7 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO

Böyük Britaniyada maraqlı hadisə baş verib.

"BBC News"a istinadən xəbər verilir ki, bir kişi yeddi il sağalmaz xərçəng xəstəliyindən müalicə olunsa da, sonda onun əvvəldən belə bir xəstəliyə tutulmaması məlum olub.

Belə ki, Saymon Pirson adlı ingilisə 2018-ci ildə Nanitondakı "George Eliot" Xəstəxanasının həkimləri tərəfindən səhv diaqnoz qoyulub.

Həkimlər Pirsona nadir bir qan xərçəngi olduğunu deyiblər. Hansı ki, bu xəstəlik onun oğullarına da ötürülə bilər. Bu illər ərzində "xəstə" onlarla ağır və bahalı müalicədən keçib. Lakin Pirson 2025-ci ildə diaqnozun səhv olduğunu öyrənib.

O, sağlam olması ilə bağlı xəbəri eşitdiyi anı belə təsvir edib: "Bu olayı həqiqətən anlaya bilmirdim və məsələ ilə bağlı çoxlu sualım yaranmışdı. Mən buna inana bilmirdim! Bu hadisənin yarısı xoşbəxtlik, digər yarısı isə çaşqınlıq idi".

Xəstəxana rəhbərliyi onun ailəsindən üzr istəyib, harada səhvə yol vermələri ilə bağlı araşdırmalar apardıqlarını bəyan ediblər. Onlar belə halların təkrarlanmaması üçün tibb işçilərinin məsuliyyətsizliyi səbəbindən yaranmış problemləri həll etdiklərini təsdiqləyiblər.

Müəllif: Tural

Mənbə: publika.az