“Ən vacib şey Ermənistanın daimi münaqişə tələsindən çıxmasıdır. Bəli, mən “Qarabağ Ermənistandır, nöqtə” deyən adamam. Çünki 30 ildir bizi bəsləyən ideyaya sadiq idim. Amma mən bundan imtina etdim, çünki bu qanayan yaranı gələcək nəsillərə ötürmək haqqımız yoxdur. Uşaqlarımıza sülhü miras qoymalıyıq”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan seçicilərlə görüşdə deyib.
Paşinyan bildirib ki, Qarabağ məsələsini araşdırıb və bunun tələ olduğunu anlayıb.
“Mən cəsarət göstərərək, səhv yolla getdiyimizi bəyan etdim. Bildirdim ki, dayanmalı və “Qarabağ hərəkatı”ndan imtina etməliyik. Bunun sayəsində biz əvvəlkindən daha müstəqil, daha təhlükəsiz və daha firəvan bir dövlətik. Artıq Ermənistanda sülh bərqərar olub. “Qarabağ hərəkatı”nın davam etdirilməsi yeni müharibələrə, yeni qurbanlara, nəticə etibarilə Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq. Biz Ermənistanı xilas etdik, bunu ən böyük xidmətim hesab edirəm”, - o bildirib.
Asif
Mənbə: publika.az