Hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun doğum günüdür.
Generalın 61 yaşı tamam olur.
Rövşən Əkbərov artıq altıncı doğum gününü dəmir barmaqlıqlar arasında keçirir. 10 illik məhkum edilən generalın 4 il çəkilməmiş cəza müddəti qalıb.
Xatırladaq ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri vəzifələrində çalışıb. Xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən general sonradan 20 il əvvəl Ukraynada qətl törətdiyi üçün məhkum edilib.

Mənbə: qafqazinfo.az