Londonda görüşəcəklər

Londonda görüşəcəklər


Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə mümkün danışıqları müzakirə etmək üçün iyunun 7-də Londonda görüşəcəklər.

Bu haqda Fransanın BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Makron qeyd edib ki, Rusiya və Ukrayna sülh planı hazırlaya biləcəklər və avropalılar buna nail olmaqda onlara kömək edəcək.

Bu səbəbdən Fransa lideri hesab edir ki, Avropa danışıqlar masasına oturmalıdır.

Mənbə: qafqazinfo.az