Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!"

Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!"

Ermənistanın tanınmış politoloqlarından olan Stepan Danielyan Azərbaycanın regionda artan nüfuzu ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Yerli mediaya istinadən xəbər verilir ki, o, geosiyasi vəziyyəti dəyərləndirən zaman Azərbaycanın Rusiya və İran kimi böyük ölkələr üçün önəmli bir ölkəyə çevrildiyini deyib.

Danielyan hətta iddia edib ki, Azərbaycanın nüfuzu və gücü artdığı üçün bu ölkəni Avrasiya İqtisadi Birliyinə də daşımağa çalışırlar: "Vəziyyət son dərəcə təhlükəlidir. Azərbaycanla Rusiya yaxınlaşmağa başlayıb və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulma ehtimalı məsələləri artıq müzakirə olunur. Digər tərəfdən, Azərbaycan Rusiya və İran üçün logistika əlaqəsi kimi vacib bölgəyə çevrilib ki, bu da fundamental geosiyasi dəyişiklikləri nəzərdə tutur. Bəs Azərbaycan bu çevik və cəsarətli dəyişikliklərin, yeni addımların müqabilində nə əldə edəcək? Cavab sadədir: bu, Ermənistanın dövlətçiliyini şübhə altına alınmasıdır".

Müəllif: Tural

Mənbə: publika.az