"Avropa İttifaqı (Aİ) əslində heç kimi təmsil etməyən və heç kim tərəfindən dəstəklənməyən saxta bir təşkilatdır".
Bunu məşhur amerikalı milyarder və sahibkar İlon Maskın atası Errol Mask deyib. O, "2026-Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu"nda çıxış edib. Errol Maks çıxışı zamanı qeyd edib ki, Avropa İttifaqı faktiki olaraq heç kimi təmsil etmir. O, Aİ-ni "feyk" təşkilat kimi təqdim edib.
"Onlar elə davranırlar ki, bu qurumun feyk təşkilat olmadığını göstərsinlər", - deyə İlon Maskın atası bildirib.
Ata Maskın sözlərinə görə, Avropa vətəndaşları artıq nə təşkilatın özünü, nə də üzv dövlətlərin hökumətlərini dəstəkləmirlər.
Müəllif: Tural
Mənbə: publika.az