Şabran rayonunun Gəndov kəndində yaşayan şəhid anası Sevda Salahova dünyasını dəyişib.
Məlumatı "Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Əbdülhəlimova təsdiqləyib. Onun sözlərinə görə, Sevda Salahova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, onun oğlu Füzuli Salahov 2017-cı il dekabrın 13-də Füzuli rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub.
Şəhid anası Sevda Salahova bu gün Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb.




Mənbə: bizim.media