Paşinyan nəticələrdə liderdir - "Exit-poll" nəticələri açıqlandı

Paşinyan nəticələrdə liderdir -

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərində səslərin 56,7%-ni toplayıb.

Bu barədə "exit-poll" nəticələrinə istinadən "Civic News" internet resursu məlumat yayıb.


Resursun məlumatına görə, erməni əsilli Rusiya iş adamı, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası 17,5% toplayıb.

Qeyd olunur ki, bu rəqəmlər seçki məntəqələrində aparılmış sorğuların nəticələridir və rəsmi yekun nəticələr deyil.

Mənbə: bizim.media