Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu

Pentaqonda təhlükəli maddə sızıntısı ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib.

Pentaqonun Baş Sözçüsü Şon Parnell səhər tezdən əməkdaşlara potensial hava keyfiyyəti problemi barədə məlumat verildiyini, dərhal təhlükəsizlik tədbirləri və qiymətləndirmə aparıldığını açıqlayıb.

“Sonrakı sınaqlar heç bir təhlükənin olmadığını təsdiqlədi və normal əməliyyatlar bərpa olundu”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saatlarında Pentaqonda binanın içərisində təhlükəli maddələrlə bağlı insident baş verdiyi, işçilərin təliyə olunduğu barədə məlumat yayılmışdı.

Mənbə: bizim.media