Almaniya 2029-cu ilə qədər və ya daha tez Rusiyanın mümkün hücumuna hazır olmalıdır.
Bu barədə Almaniya Silahlı Qüvvələrinin (Bundestaq) baş komandanı, general-leytenant Kristian Froydinq "Politico" nəşrinə müsahibəsində bildirib.
O iddia edir ki, Qərb ölkələri arasında Rusiyanın bu onilliyin sonuna qədər NATO ölkələrindən birinə hücum edə biləcəyi ilə bağlı ümumi bir razılıq (konsensus) var.
"Biz döyüşə hazır olmalıyıq. 2029-cu il sadəcə Almaniyanın təyin etdiyi bir vaxt deyil. Bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatıdır. NATO-nun bütün 32 tərəfdaşı yekdilliklə qəbul edir ki, 2029-cu ildə Rusiyanın alyansa üzv olan hər hansı bir ölkəyə hücum etmək imkanı yarana bilər", – deyə Froydinq vurğulayıb.
Musavat.com
![]()
Mənbə: musavat.com