SEPAH İsraili hədələdi - “Onları sərt cavab gözləyir”

SEPAH İsraili hədələdi -

İran Silahlı Qüvvələri İsrailin Livandakı atəşkəs rejimini pozmağa davam edəcəyi təqdirdə, bu ölkəyə zərbələr endirəcəyi ilə hədələyib.

Bu barədə bəyanat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi teleqram kanalında dərc olunub:

“Xəbərdarlıq edirik: əgər sionist rejimin ordusu Livanın cənubundakı təcavüzkar hərəkətlərinə son qoymasa, onu olduqca sərt bir cavab gözləyir. Təl-Əviv son iki gün ərzində Livanın cənubunda atəşkəs rejimini artıq 84 dəfə pozub”.

Qeyd edək ki, İsrail tərəfi ABŞ və İran arasında əldə olunmuş son sülh razılaşmasından ciddi şəkildə narazı qalıb. “The New York Times” qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, Təl-Əvivin xüsusi qəzəbinə səbəb olan məqam sazişin İrandakı “rejimin çökməsinə şərait yaratmaq” əvəzinə, İslam Respublikasının xəzinəsinə milyardlarla vəsaitin geri qaytarılmasına yol açmasıdır.

Mənbə: qafqazinfo.az