Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Cənubi Koreya dünyada silah tədarükünü ən sürətlə artıran ölkələrdən birinə çevrilib.

Bu barədə ABŞ-nin "Politico" nəşri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Cənubi Koreya hazırda qlobal silah bazarında 9-cu ən böyük tədarükçü mövqeyinə yüksəlib və ixracatın artım tempinə görə liderlər sırasında qərarlaşıb.

Sənədə əsasən, Cənubi Koreyanın hərbi-sənaye kompleksinin əsasını təşkil edən dörd nəhəng müdafiə şirkətinin — "Hanwha Group", "Hyundai Rotem", "LIG Nex1" və "Korea Aerospace Industries"ın cari ildəki ümumi gəlirinin təxminən 37 milyard dollara çatacağı gözlənilir. Bu göstərici ölkənin 2021-ci ildəki silah satışı gəlirlərindən təxminən 4 dəfə çoxdur.


Cənubi Koreyanın silah bazarındakı bu sıçrayışı xüsusilə Avropadakı geosiyasi dəyişikliklər və Ukraynadakı müharibə fonunda NATO ölkələrinin öz hərbi arsenallarını sürətlə yeniləmək cəhdləri ilə bağlıdır.

Rəsmi Seul hazırda NATO-nun Avropa üzvü olan dövlətlər üçün ABŞ-dan sonra ikinci ən böyük silah və hərbi texnika tədarükçüsünə çevrilib.

Mənbə: bizim.media