Qalibaf və Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana yola düşdülər

Qalibaf və Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana yola düşdülər

İranın yüksəkrütbəli danışıqlar heyəti - parlament sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının idarə edilməsi məsələlərini müzakirə etmək üçün Omana yola düşüblər.

Bu barədə Qalibaf “Telegram” kanalında açıqlama yayıb.

Onun yazdığına görə, görüş zamanı tərəflər İranın boğaz üzərindəki idarəetmə mexanizmlərinin gücləndirilməsini, həmçinin Omanla ikitərəfli əlaqələndirmənin genişləndirilməsini müzakirə etməyi planlaşdırırlar.

Bizim.Media

Mənbə: bizim.media