Britaniya böyük müharibə istəyir - İttiham, yoxsa həqiqət?

Britaniya böyük müharibə istəyir - İttiham, yoxsa həqiqət?

Britaniya hakimiyyəti ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün xarici gərginliyi artırmağa çalışır.

Bu barədə politoloq Aleks Krayner "YouTube" kanalında çıxışı zamanı danışıb.

Ekspertin fikrincə, London böyük müharibə ssenarisinin yaranmasına maraq göstərir və bu məqsədlə Rusiyaya qarşı təxribatçı addımlar atır.

“Britaniyalılar çıxılmaz vəziyyətdə hansısa böyük müharibəni alovlandırmağa çalışırlar. Çünki ölkə daxilində vəziyyət inqilab və ya vətəndaş müharibəsi həddinə çatıb. Onlar Ukrayna münaqişəsində Rusiyaya qarşı əsas qızışdırıcı qüvvədir”, - deyə Krayner bildirib.

Politoloq əlavə edib ki, hazırda London Moskva ilə münasibətlərdə açıq şəkildə aqressiv mövqe nümayiş etdirir.

Müəllif: Adəm

Mənbə: publika.az