Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə sülh danışıqlarına hazır olduğu prinsipləri açıqlayıb.
O, hökumət üzvləri ilə görüşündə mövqeyini bildirib.
“İstanbulda əldə edilən razılaşmalara, Ankoricdə müzakirə edilən üsullara və ən əsası, mövcud reallıqlara, eləcə də bir neçə il əvvəl Xarici İşlər Nazirliyindəki çıxışımda qeyd etdiyim prinsiplərə əsaslanır sülh müqaviləsi”, - Putin deyib.
Putin həmçinin bildirib ki, düşmən təmas xətti boyunca hadisələrə təsir göstərə bilmədiyi üçün terror taktikalarından istifadə edir. Rusiya prezidenti iddia edib ki, Ukrayna Silahlı Qüvvələri ərazilərini itirməyə davam edir, Rusiya ordusu isə bütün cəbhə boyu irəliləyir.
Müəllif: Tural
Mənbə: publika.az