Pakistan hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət etdi - Fotolar

Pakistan hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət etdi -

Pakistan Milli Müdafiə Universitetinin (MMU) rəhbər və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.

Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.


Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olub.






Mənbə: bizim.media