"İran İsrailə raketlər atarsa, İsrail güclə cavab verəcək. Biz İranın İsrailə atəş açdığı heç bir vəziyyəti qəbul etməyəcəyik. Bu həmçinin ABŞ-nin diqqətinə çatdırılıb. İMQ tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var".
Bunu jurnalistlərə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların bərpası iki ssenaridə - ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqları nəticəsiz və tükənmiş hesab etdiyi və ya İran İsrailə raket zərbəsi endirdiyi halda mümkündür.
Mənbə: publika.az