Tramp NATO-dan narazıdır: ABŞ heç bir fayda görmür

Tramp NATO-dan narazıdır: ABŞ heç bir fayda görmür

ABŞ prezidenti Donald Tramp NATO-ya ayrılan vəsaitlərin Vaşinqton üçün heç bir fayda vermədiyini bildirib.

O, bu barədə "Truth Social" hesabında paylaşım edib.

Tramp yazıb ki, ABŞ NATO-nun müdafiəsi üçün digər üzv dövlətlərlə müqayisədə qat-qat çox vəsait xərcləyir.

Onun sözlərinə görə, 2014-2025-ci illərdə ABŞ NATO üçün 999 milyard dollar ayırıb. Bu göstərici Birləşmiş Krallıq üzrə 90,5 milyard, Fransa üzrə 66,5 milyard, İtaliya üzrə 48,8 milyard, Polşa üzrə isə 44,3 milyard dollar təşkil edib.

ABŞ lideri bildirib ki, digər ölkələrin, o cümlədən Almaniyanın xərcləri bundan da aşağıdır.

"ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma bunun müqabilində heç bir fayda əldə etmir. Bu, gülüncdür", - deyə Tramp vurğulayıb.

Müəllif: Adəm

Mənbə: publika.az