Zelenskidən KRİTİK AÇIQLAMA

Zelenskidən KRİTİK AÇIQLAMA

"Payızda seçkilər Ukraynada deyil, Rusiyada keçiriləcək və respublikanın siyasətçiləri bunu unutmamalıdırlar".

Bu bəyanatla Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

"Şübhəsiz ki, onun (Rusiya prezidenti Vladimir Putin) seçkiləri var. Onun seçkiləri sentyabr ayındadır. Siyasətçilərimiz isə unutmamalıdırlar – bizdə deyil. Biz öz dövlətimizi qorumalıyıq", – deyə Zelenski bildirib.

Bir gün əvvəl "Ukrainskaya pravda" hakim dairələrdəki mənbələrə istinadən xəbər vermişdi ki, Zelenski Kiyev yaxınlığındakı iqamətgahda keçirilən gizli danışıqlarda bu ilin payızında prezident seçkilərinin keçirilməsini müzakirə edib.

Hüseyn İbadlı

Mənbə: publika.az