İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi – ABŞ hərəkətə keçdi

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi –

ABŞ hökuməti İranın maliyyə şəbəkəsinə qarşı yeni sanksiyalar paketi tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, sanksiyalar BƏƏ-də yaşayan maliyyəçi Əli Ənsari, İranın üç "kölgə" valyuta mübadiləsi şirkəti, Honkonqda fəaliyyət göstərən bir şirkət və BƏƏ-də qeydiyyatdan keçmiş daha bir qurumu əhatə edir.

Nazirlik bildirir ki, sanksiyaya məruz qalan şəxslər və şirkətlər İran hökumətinin qanunsuz maliyyə fəaliyyətində iştirak edib, həmçinin ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərdən yayınmağa kömək göstəriblər.

ABŞ tərəfinin iddiasına görə, Əli Ənsari İranın ali dini rəhbəri Ayətullah Müctəba Xameneinin maraqları naminə fəaliyyət göstərir.

Məlumatda qeyd olunur ki, sanksiya tətbiq edilən valyuta mübadiləsi şirkətləri İranın sanksiya altında olan bankları adından hər il milyardlarla dollar dəyərində maliyyə əməliyyatları həyata keçiriblər.


Mənbə: yenisabah.az