Qarabağı viran qoyan separatçılar Ermənistana birbaşa təhdid yaradır - İrəvandan rəsmi açıqlama

Qarabağı viran qoyan separatçılar Ermənistana birbaşa təhdid yaradır -

“Ermənistanda mühacirətdə olan "hökuməti" (söhbət Qarabağ separatçılarının elan etdiyi "hökumət"dən gedir) təmsil edən bütün idarələr bağlanmalıdır, çünki onlar mövcudluğu ilə Ermənistanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar”.

Bu barədə Ermənistan baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan "Facebook"da yazıb.

Onun sözlərinə görə, Ermənistanda dövlət daxilində dövlət ola bilməz, mühacirətdə "hökumət" yoxdur və ola da bilməz:

"Qarabağda çevriliş həyata keçirən və nəticədə Qarabağı viran qoyan həmin avantüristlər Ermənistanda mühacirətdə olan "hökumət" yaratmağa çalışırlar. Bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır”, - deyə o, qeyd edib.
 

Mənbə: bizim.media