Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Ermənistanda anklavlar/eksklavlar mövzusuna çox allergik münasibət var, amma xatırlatmaq istəyirəm ki, biz anklavlar/eksklavlar mövzusundan imtina edə bilmərik.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 20-də Cəlaloğluda (Stepanavan) jurnalistlərlə söhbətində Ermənistan və Azərbaycan arasında dünən imzalanmış protokola istinad edərək bildirib.

“29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistan ərazisinə Başkənd (Artsvaşen) də daxildir. Biz razılaşdıq ki, bu məsələni həll edəcəyik.

Biz de-yure əsaslandıracağıq ki, Başkənd anklavı Ermənistana məxsusdur. Biz bunu əsaslandırdığımız zaman Başkənd sərhədinin demarkasiyası baş verməlidir və biz irəliləyəcəyik və baxacağıq ki, hansı həll yolları var”.

Mənbə: axar.az