Yenidən prezidentliyə namizəd olacaq

Yenidən prezidentliyə namizəd olacaq

“Qalatasaray”ın rəhbəri Dursun Özbek klubun prezident seçkilərinə namizədliyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek isə sözügedən seçkiyə namizəd olduğunu söyləyib:

“Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam”.

Dursun Özbek 2022-ci ilin yayından “Qalatasaray”ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib.

Mənbə: qafqazinfo.az