Qəzza ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gedəcəklər

Qəzza ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gedəcəklər

HƏMAS qruplaşmasının nümayəndə heyəti Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gedəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, nümayəndə heyəti aprelin 29-da Misirə səfər edəcək. Onlar regionda vasitəçilərin təklif etdiyi atəşkəs və Fələstin-İsrail münaqişəsinin həlli variantlarına İsrailin reaksiyasını müzakirə edəcəklər.

Mənbə: qafqazinfo.az