Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı

Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı

2023-2024-cü tədris ili ərzində paytaxt üzrə 108 şagird fərdi təhsilə cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat yayıb.

İdarənin tabeliyindəki 179 təhsil müəssisəsində 416 fərdi qrup üzrə 595 şagird təhsil alır.

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.

Mənbə: yenisabah.az